Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb
16.09.2025 - 12:55
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının liqa mərhələsi oyununa təyinat alıb.
Apasport.az xəbər verir ki, sentyabrın 18-də Danimarkada keçiriləcək “Kopenhagen” - “Bayer” matçını o idarə edəcək.
Beynəlxalq dərəcəli hakimin köməkçiləri kimi Zeynal Zeynalov və Akif Əmirəli fəaliyyət göstərəcək. Görüşün dördüncü hakimi Elçin Məsiyev olacaq.
Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:45-də çalınacaq.
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”
0
0