Jeton Beqiri: “İtirəcəyimiz bir şey yoxdur”
11.08.2025 - 19:50
Jeton Beqiri: “İtirəcəyimiz bir şey yoxdur”

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" matçından öncə qonaqların baş məşqçisi Jeton Beqirinin mətbuat konfransı keçirilib.

- "Qarabağ"ı məğlub etmək yolunda əsas fakt nə olacaq?
- Sabahkı oyun çox çətin olacaq. "Qarabağ" çox güclü, təcrübəli komandadır. Sabah maksimumu edəcəyik. Qol vurmağa çalışacağıq. Birinci oyunu uduzmuşuq. İtirəcəyimiz bir şey yoxdur.

- İlk oyunda "Qarabağ"a uduzdunuz. Amma hesab 4:0, 5:0 da ola bilərdi. Hansı hissələrdə, epizodlarda səhvlərə yol verdiniz ki, belə çıxış etdiniz? "Qarabağ"la oyuna taktikanı düzgün seçməmişdiniz?
- Razıyam. İlk oyunda problemlərimiz var idi. Xüsusilə də fiziki problem. Birinci qolda da istəmədən səhv etdik, penalti oldu. Bizim də imkanlarımız oldu.

- Demək olar ki, "Qarabağ"a qarşı komanda daha ehtiyatlı oynadı deyə, belə nəticə qeydə alındı? Daha cəsarətli oynasaydınız, fərqli nəticə qeydə alına bilərdi? FKSB klubuna qarşı fərqli oynamışdınız...
- Çalışdıq ki, maksimumu edək. Xüsusilə birinci hissədə "Qarabağ" daha yaxşı oynadı. Fiziki cəhətdən geri qalmağımız hiss olunurdu. Amma ikinci hissədə biz daha yaxşı oynadıq. Bizim də qol şanslarımız oldu. Razıyam ki, bu dəfə daha aqressiv və daha hücummeyilli oynayacağıq. Çünki itərəcəyimiz bir şey yoxdur.

- "Qarabağ"ın tarixinin ən yaxşı futbolçularından biri Muarem Muaremdir. Onunla heç "Qarabağ" haqda danışmısız?
- Bəli, yaxşı tanıyıram. Həmkarımızdır hazırda. Vəziyyə belədir ki, "Qarabağ" bizim oyunları asanlıqla izləyir. Hörmət xatirinə onunla əlaqə saxlamadım. Çünki bilirəm ki, Muaremin Qurban Qurbanovla yaxşı münasibəti var. 

- Bir həftə ərzində fiziki problemi aradan qaldırmaq o qədər də asan deyil. Oyun əlavə vaxtda gedəsi olsa, bu məsələ sizə problem yaratmayacaq?
- Belə məsələlər var. "Qarabağ" "Şelburn" matçı bizdən bir gün qabaq olmuşdu. Onların əlavə dincəlməyə vaxtları oldu. Səfərlərimiz bizi yormuşdu. "Qarabağ" liqa başlamadığı üçün əlavə oyunlar oynamır. Amma sabahkı matçda gücümüz kifayət edəcək.