KL: “Zirə" “Hayduk”a, “Araz-Naxçıvan” “Aris”ə rəqib oldu - YENİLƏNİB
18.06.2025 - 16:24
KL: “Zirə" “Hayduk”a, “Araz-Naxçıvan” “Aris”ə rəqib oldu - YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçilərindən “Zirə" və "Araz-Naxçıvan"ın da rəqibləri bəlli olub.

Təmsilçilərimizdən "Zirə" bu mərhələdə "Hayduk"la (Xorvatiya), "Araz-Naxçıvan" isə "Aris"lə (Yunanıstan) üz-üzə gələcək.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürüb.