Azərbaycanda yeniyetmə şahmatçıların hazırlıq səviyyəsini yoxlamaq üçün sınaq testi keçirilib.
Apasport.az Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqçilər Nicat Məmmədov və Ramil Alacovun hazırladığı sınaq dörd yaş kateqoriyasında təşkil olunub.
Əsas məqsəd şahmatçıların mənimsəmə qabiliyyətini öyrənərək nəticə barədə Azərbaycan Şahmat Federasiyasının müvafiq departamentinə, şəxsi məşqçilərə o cümlədən valideynlərə ətraflı məlumat verməkdi.
Qeyd edək ki, Azərbaycanın istedadlı yeniyetmə şahmatçıları hazırda Nicat Məmmədovun rəhbərliyi altında məşqlərdə iştirak edir.
- Azərbaycan şahmatçısı Avropa çempionatında liderliyə yüksəlib
- Şahmatçımızdan dünya çempionatında bürünc medal
- 40 şahmatçımız Avropa çempionatında mübarizə aparacaq
- Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- "Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub