17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-17 yığması ilə beynəlxalq yoldaşlıq turniri çərçivəsində ilk oyununu keçirib.
Apasport.az xəbər verir ki, Kişinyov şəhərində yerləşən “Technical Center of FAM”da keçirilən qarşılaşma Moldova millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz turnir çərçivəsində daha iki oyun keçirəcək. Oyunların təqvimini nəzərinizə çatdırırıq:
09.09.2026, saat 14:30 (Bakı vaxtı)
Moldova U-18 – Azərbaycan U-17
“Technical Center of FAM”
11.09.2026, saat 14:30 (Bakı vaxtı)
Latviya U-17 – Azərbaycan U-17
“Technical Center of FAM”
- KL: "Trabzonspor" Şotlandiya klubunu məğlub etdi - YENİLƏNİB
- Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb
- Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
- FIFA: “Azərbaycan dünya çempionatına hazırdır” - VİDEO
- Çempionlar Liqası: Münhendə qalib müəyyənləşmədi - YENİLƏNİB