ÇL: “Barselona”dan inanılmaz geridönüş - YENİLƏNİB
22.01.2025 - 01:59
ÇL: “Barselona”dan inanılmaz geridönüş - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turuna start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmalarında "Monako" evində  "Aston Villa"nı (1:0), "Atalanta" "Şturm Qraz"ı (5:0) məğlub etməyi bacarıb.

Maraqla gözlənilən "Benfika" - "Barselona" matçı dramatik alınıb. Görüşdə qapılara 9 qol vurulub. Portuqaliyalılar 4:2 hesabı ilə önə keçsələr də, yekunda kataloniyalılar qələbə qazanıblar - 5:4.

"Atletiko" isə "Bayer"lə qarşılaşıb. İspaniya təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VII tur
21 yanvar

21:45. “Atalanta” (İtaliya) - “Şturm” (Avstriya) 5:0
21:45. “Monako” (Fransa) - “Aston Villa” (İngiltərə) 1:0
00:00. “Slovan” (Slovakiya) - “Ştutqart” (Almaniya) 1:3
00:00. “Brügge” (Belçika) - “Yuventus” (İtaliya) 0:0
00:00. “Atletiko” (İspaniya) - “Bayer 04” (Almaniya) 2:1
00:00. “Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya) 4:5
00:00. “Liverpul” (İngiltərə) - “Lill” (Fransa) 2:1
00:00. “Bolonya” (İtaliya) - “Borussiya” (Dortmund, Almaniya) 2:1
00:00. “Srvena Zvezda” (Serbiya) - PSV (Niderland) 2:3

0