DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İtaliya millisi Estoniya ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra maraqlı məqam üzə çıxıb.
Belə ki, İtaliyanın baş məşqçisi Cennaro Qattuzo qolsuz başa çatan ilk hissənin fasiləsində soyunub-geyinmə otağında futbolçularına qarşı sərt davranıb.
“Atletiko”nun hücumçusu Cakomo Raspadori və “İnter”in müdafiəçisi Alessandro Bastoni açıqlamalarında bildiriblər ki, Qattuzo fasilə zamanı onları şillələyib.
Bunun nəticəsində hər iki oyunçunun bir qol vurduğu matçda komanda rəqibini 5 cavabsız qolla məğlub etməyi bacarıb.
Qeyd edək ki, İtaliya millisi I qrupda 6 xalla 3-cü pillədə qərarlaşıb.
- ÇL: “Real”dan darmadağın, “Siti” və PSJ məğlub oldu - YENİLƏNİB
- Afrika Millətlər Kuboku: Yerlərdə süründü, dəsmalı vermədi, qəhrəman oldu - VİDEO
- Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu bilindi
- Afrika Millətlər Kuboku: Nigeriya bürünc mükafata sahib çıxıb
- KL: "Samsunspor"un pley-offdakı rəqibi bəlli olub - YENİLƏNİB