UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Levski” matçının oyun öncəsi mətbuat konfransı və açıq məşqin vaxtı müəyyənləşib.
Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Valdas Dambrauskasın iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 12-də saat 17:45-də, ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə saat 18:15-də Şüvəlanda, “Sabah” Futbol Mərkəzində baş tutacaq.
Rəqib komandanın oyun öncəsi mətbuat konfransı avqustun 13-də saat 18:30-da, ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə saat 19:30-da, “Bank Respublika Arena”da keçiriləcək.
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- ÇL: Pley-off cütləri müəyyənləşdi - YENİLƏNİB
- Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib
- AL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB