Türkiyəli hakim Konfrans Liqasının finalında
12.05.2025 - 18:44
UEFA Konfrans Liqasının final mərhələsində "Betis" - "Çelsi" oyununu idarə edəcək hakim bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Matçı Bosniya və Herseqovina Futbol Federasiyasından İrfan Pelyo idarə edəcək. Ona eyni federasiyadan Senad Ibrişimbeqoviç və Davor Belyo kömək edəcək.
Matçın dördüncü hakimi isə Türkiyə Futbol Federasiyasından Halil Umut Meler olacaq.
Qeyd edək ki, "Betis" - "Çelsi" matçı may ayının 28-i Polşada baş tutacaq.
- DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finalda - YENİLƏNİB
- DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finalda - YENİLƏNİB
- “Zirə”nin avrokubok matçlarına hakim təyinatları açıqlanıb
- DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək - YENİLƏNİB
- DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda! - YENİLƏNİB
0
0