“Zirə”nin rəqibi yeni futbolçu transfer etdi
06.07.2026 - 20:27
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Torpedo” heyətini gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə Gürcüstan klubunun mətbuat xidməti məlumat yayıb.
Kutaisi təmsilçisi bolqarıstanlı yarımmüdafiəçi Mateo Stamatovu transfer edib. 27 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Stamatovun son klubu Bolqarıstanın “Septemvri Sofiya” komandası olub.
Qeyd edək ki, “Zirə” – “Torpedo” matçı iyulun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Cavab oyunu isə iyulun 16-da Kutaisidə olacaq.
0
0