2 cüdoçumuz Avropa çempionatında çıxış edəcək
15.05.2026 - 11:52
Azərbaycan cüdoçuları mayın 16-dan 17-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək kata üzrə Avropa çempionatında çıxış edəcəklər.
Apasport.az xəbər verir ki, qitə yarışında kata üzrə son ölkə birinciliyinin qalibləri Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) ölkəmizi təmsil edəcəklər.
Cüdoçular gənclər arasında "nage-no-kata" proqramı üzrə bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, beynəlxalq turnirdə 26 ölkədən 346 idmançı mübarizə aparacaq.
- Fərid Rzazadə dünya çempionu olub
- Azərbaycanın yeniyetmə cüdoçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub
- Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib
- Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
- İspaniya Supekubokunda 2 qızıl medal
0
0