Oktyabrın 23-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan imtahanda 379 idmançı iştirak edib.
Cüdoçular yaşlarına uyğun olaraq ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdiriblər. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmərlər və sertifikatlar təqdim olunub.
Qeyd edək ki, kəmər imtahanları cüdoçuların texniki bacarıqlarını sistemli şəkildə inkişaf etdirməsinə və motivasiyalarının artırılmasına xidmət edir. Bu mərhələ, eyni zamanda, nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.