Avropa çempionatı: Rəşid Məmmədəliyev bürünc medal üçün yarışacaq
24.04.2025 - 16:08
Avropa çempionatı: Rəşid Məmmədəliyev bürünc medal üçün yarışacaq

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Rəşid Məmmədəliyev 1/16 final Benjamin Levi (Böyük Britaniya) ilə üz-üzə gəlib və rəqibini məğlub edib.

Rəşid britaniyalının ardınca Otari Kvantidzedən (Portuqaliya) də güclü olub. Məmmədəliyev 1/4 finalda Hidayət Heydərovun Paris-2024 Yay Olimpiya Oyunlarında qalib gəldiyi Joan-Benjamin Qabanı (Fransa) məğlub edərək yarımfinala vəsiqə qazanıb.

O, bu mərhələdə Danil Lavrentevə (İJF) məğlub olub. 

Təmsilçimiz üçüncü yer uğrunda görüşə çıxacaq.