Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Azərbaycan qitə çempionatında 10 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq. Heyətdə 9 oğlan və 5 qız cüdoçu yer alıb.
Sentyabrın 3-6-da keçiriləcək turnirdə 44 ölkədən 400 idmançı mübarizə aparacaq. İlk yarış günündə təsnifat mərhələsi saat 11:30-da, final bloku isə saat 18:00-da başlayacaq. Qarşılaşmalar “Judo TV” vasitəsilə canlı yayımlanacaq.
Qızlar
48 kq, 1/16 final
Nərgiz Əhmədova – Mariana Pereyra (Portuqaliya)
Gülgəz Musayeva – Kseniya Vayner (Moldova)
52 kq, 1/16 final
Aysun Məmmədova – Marqarita Miroşniçenko (Ukrayna)
57 kq, 1/16 final
Aytən Verdiyeva – Marketa Korçakova (Çexiya)
57 kq, 1/8 final
Xədicə Qədəşova – Nika Tomç (Sloveniya) / Luka Veq (Macarıstan) cütünün qalibi
Oğlanlar
60 kq, 1/16 final
Ayxan Mirzəzadə – Stratos Çaralampus (Kipr)
66 kq, 1/16 final
Məhəmməd Musayev – Robert Yakimov (Estoniya)
73 kq, 1/16 final
Əbil Yusubov – Kassim Brosso (Fransa)
81 kq, 1/16 final
Cəsur İbadlı – Yaqor Talaka (Belarus) / Sergey Karakin (Ukrayna) cütünün qalibi
Mehdi Abbasov – Petar Payoviç (Monteneqro)
90 kq, 1/16 final
Aslan Kotsoyev – Anton Dimitrov (Bolqarıstan)
Süleyman Şükürov – David Yurkovski (Fransa)
100 kq, 1/16 final
Davud Namazlı – Mayus Genis (Litva)
+100 kq, 1/8 final
Ramazan Əhmədov – Martin Sedlak (Çexiya) / Luka İvankoviç (Xorvatiya) cütünün qalibi.