Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar
23.08.2026 - 14:10
Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar

Azərbaycanın MMA idmançıları Alirza Həsənov (62 kq) və Kənan Qulizadə (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə uşaqlar və yeniyetmələr arasında keçirilən IMMAF dünya çempionatında çıxış ediblər.

Apasport.az xəbər verir ki, onlar turniri uğurla başa vurublar

Təmsilçilərimiz finala yüksəlməyi bacarıblar. Hər ikisi turnirin gümüş mükafatına sahib çıxıb.