UFC-nin Şöhrət zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bisping UFC-nin Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.
Apasport.az xəbər verir ki, Maykl Bisping, Brendon Fitzcerald və Pol Felder 21 iyun tarixində Baku Crystal Hall-da baş tutacaq bu möhtəşəm UFC turnirinin rəsmi şərhçiləri olacaqlar.
Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brus Baffer turnirin oktaqon aparıcısı olacaq.
Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin co-main eventi isə Azərbaycan təmsilçisi Rafael Fiziev ilə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək döyüş olacaq.
Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın! Biletləri iticket.az saytından əldə edə bilərsiniz.
- Rafael Fiziev kimdir? Niyə Azərbaycanı təmsil edir? – DÖYÜŞÇÜNÜN HƏYAT YOLU
- UFC 325: Volkanovski kəməri müdafiə etdi - GÜNÜN NƏTİCƏLƏRİ
- UFC 325: Fiziev üçün ağır son - İKİNCİ RAUNDDA NOKAUT
- Fiziev UFC 325-də oktaqona çıxacaq – rəqib braziliyalı Ruffydir
- Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə üçüncü olub