Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin III Universiadasında Azərbaycan cüdoçuları uğurlu çıxış ediblər.
Apasport.az xəbər verir ki, yarışa yollanan doqquz idmançımızın hər biri medal qazanıb.
Təmsilçilərimiz multi-idman turnirində 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə ediblər.
Nurlan Kərimli (-66 kq), Cəsur İbadlı (-90 kq), Könül Əliyeva (-48 kq) və Südabə Ağayeva (-70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bahadır Feyzullayev (-60 kq), Mehdi Abbasov (-81 kq), Qurban Məmmədli (+100 kq) gümüş, Mehdi Cəfərov (-73 kq) və Əli Qazıməmmədov (-100 kq) bürünc medallara yiyələniblər.
Qeyd edək ki, cüdo yığmamız yekunda 9 medalla komanda hesabında 3-cü yeri tutub.
- “Formula 1”: Norris mübarizəni dayandırdı
- “Formula 1”: Albonun bolidi sıradan çıxdı
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
- Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
- Böyük Britaniya səfiri Bakıdakı "Formula 1" yarışında medianın fəaliyyəti ilə tanış olub