VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başa çatıb - FOTO
07.11.2025 - 22:25
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başa çatıb.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşının məlumatına görə, tədbir "Al Janadryah"da baş tutub.
Açılış mərasimindəki paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyıblar.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.
- Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
- İslam Oyunları: İdmançılarımız 3 növdə mübarizə aparacaqlar
- İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "
- İslamiadanın gümüş medalçısı: "Bundan sonrakı hədəfim…"
- İslamiada: Üzgüçümüz gümüş medal qazandı
0
0