Avropa Kuboku yenidən Bakıda keçiriləcək
25.12.2024 - 15:18
Avropa Kuboku yenidən Bakıda keçiriləcək

Gələn il Bakı yenidən bədii gimnastika üzrə Avropa kubokuna ev sahibliyi edəcək.

Apasport.az xəbər verir ki, yarış mayın 1-4-də Milli Gimnastika Arenasında keçiriləcək.

Qeyd edək ki, ötən il Bakıda təşkil edilən Avropa kuboku maraqlı formatı ilə diqqət çəkib. Çoxnövçülük üzrə təsnifatın nəticələrinə əsasən, mütləq çempionatın final mərhələsinə vəsiqə qazanan 16 gimnast “Cross Battles” adlanan yarışlar keçiriblər.

0