Azərbaycan millisinin üzvləri Yunanıstanın Saloniki şəhərində keçirilən qadın idman gimnastikası üzrə “Horizon Cup” beynəlxalq yarışının fərdi proqramında yüksək nəticələr göstəriblər.
Apasport.az Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, gimnastlar 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Leyla Məmədzadə qızıl (çöxnövçülük, sərbəst hərəkətlər), Dəniz Əliyeva qızıl (çöxnövçülük, gimnastika tiri) və bürünc (sərbəst hərəkətlər), Aynaz Məcidzadə qızıl (gimnastika tiri) və gümüş (çöxnövçülük, sərbəst hərəkətlər), Aytən Məmmədova qızıl (sərbəst hərəkətlər) və bürünc (çöxnövçülük) medal əldə edib.
Qeyd edək ki, "Horizon Cup" noyabrın 8-10-da keçirilib.
- Azərbaycan gimnastları Dünya Kubokunda daha iki medal qazanıblar
- Gimnastlarımız mübarizəyə başlayıblar
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- Bakıda aerobika və akrobatika gimnastikası üzrə çempionatlar keçiriləcək
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO