Həndbol üzrə Avropa kuboku turnirində iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, qadınların yarışında Azərbaycan çempionu “Azəryol” ikinci təsnifat mərhələsində Avstriyanın “Yunion Kornoyburq” komandası ilə qarşılaşacaq.
Ölkə çempionatının bürünc mükafatçısı “Kür” isə Portuqaliyanın “San-Pedru-du-Sul” klubuna rəqib olub. İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları oktyabrın 4-5-də olacaq.
Kişi həndbolçuların turnirində isə Azərbaycan çempionu “Kür” Macarıstanın “Balatondyured” və Türkiyənin “Beykoz” komandalarının duelinin güclüsü ilə qarşılaşacaq.
Turnirdəki digər təmsilçimiz “Bakı” Şimali Makedoniyanın “Orxid” klubu ilə üz-üzə gələcək. Hər iki komandamız mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Bu raundun ilk görüşləri oktyabrın 11-12-də, cavab matçları isə 18-19-da təyin olunub.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib