Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə ənənəvi beynəlxalq turnirin ilk turunun oyun cədvəli açıqlanıb.
Apasport.az xəbər verir ki, üç ölkənin kişilərdən ibarət altı komandasının iştirak edəcəyi yarışa “Kür” (Azərbaycan) - “Astana” (Qazaxıstan) matçı ilə start veriləcək.
Açılış oyunu saat 13:00-da olacaq. Saat 15:00-da turnirin rəsmi açılış mərasimi keçiriləcək. Saat 16:00-da isə Qazaxıstan millisi ilə “Bakı” (Azərbaycan) komandası meydana çıxacaq.
Qeyd edək ki, “AHF Arena”da təşkil olunacaq turnir sabah start götürəcək və sentyabrın 3-də başa çatacaq.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib