Final mərhələsində 12 komanda
05.06.2025 - 09:54
İyunun 7-də “AHF Arena” İdman Kompleksində 2010-cu il və daha kiçik təvəllüdlü yeniyetmə oğlanlar və qızlar arasında həndbol üzrə ölkə birinciliyinin final mərhələsinə start veriləcək.
Apasport.az xəbər verir ki, turnirdə 6 oğlan - Bakı-1, Bakı-2, Mingəçevir, Qazax, Cəlilabad, Lənkəran və 6 qız - Bakı-1, Bakı-2, Bakı-3, Gəncə, Göygöl və Tovuz komandaları iştirak edəcək.
Üç gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Qalib komandalar diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib
0
0