Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə finalçılar bəlli olub
03.09.2025 - 01:04
Bakıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə ənənəvi beynəlxalq turnirin finalçıları məlum olub.
Apasport.az xəbər verir ki, ikinci yarımfinal matçında Özbəkistanın OKMK və “Bakı” (Azərbaycan) komandaları qarşılaşıb. Görüşdə daha inamlı oyun göstərən Özbəkistan təmsilçisi 30:20 hesabı ilə qələbə qazanıb.
Birinci yarımfinalda Qazaxıstan yığması Azərbaycanın "Kür" komandasına 29:17 hesabı ilə qalib gəlib.
Beləliklə, yarışın finalında Qazaxıstan millisi ilə OKMK komandaları üz-üzə gələcəklər. Turnirin qalibi sabah keçiriləcək final oyununda müəyyənləşəcək.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib
0
0