İsgəndər Əsgərov Avropa kuboku oyununa təyinat alıb
17.10.2025 - 09:17
Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov yeni təyinat alıb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis Avropa kuboku turnirinin ikinci təsnifat mərhələsində kişi həndbolçuların Yunanıstanın “PAOK” və İsrailin “Holon Yuvalim” klubları arasında keçiriləcək hər iki qarşılaşmada Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi olacaq.
Oyunlar oktyabrın 18-i və 19-da Yunanıstanın Veriya şəhərindəki “Filippio” İdman Kompleksində keçiriləcək.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib
0
0