"Kür" və "Azəryol" Azərbaycan çempionu olub
18.05.2025 - 09:13
Bu gün həndbol üzrə Azərbaycan çempionatlarında I-IV yerlər uğrunda son oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, "AHF Arena"nın meydançası əvvəlcə qadınlardan ibarət "Kür" və "Azəryol" komandalarının ixtiyarına verilib.
Gərgin mübarizə ilə yadda qalan oyun Mingəçevir təmsilçisinin xeyrinə nəticələnib - 26:24. Bu qələbədən sonra "Kür" növbəti çempionluğunu rəsmiləşdirib
Kişilərdən ibarət "Kür" komandası isə son turda "Azəryol"a 34:33 hesabı ilə qalib gəlib. Məğlub olmasına baxmayaraq, "Azəryol" Azərbaycan çempionu tituluna sahib çıxıb.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib
0
0