Millimizin üzvü beynəlxalq turnirdə bombardir olub
03.12.2025 - 13:37
Azərbaycan millisinin üzvü Luiza Nikitçenko Beynəlxalq Həndbol Federasiyasının 17 yaşadək qızlar arasında təşkil etdiyi “Trofi” turnirində fərqlənib.
Apasport.az xəbər verir ki, “Qarabağ” klubunun həndbolçusu yarışın ən sərrast oyunçusu seçilib.
Yığmanın heyətində Böyük Britaniya, Kosovo, Belçika və Bolqarıstan komandalarına qarşı matçlarda meydana çıxan gənc həndbolçu rəqib qapılarından ümumilikdə 35 top keçirib.
Bununla bağlı millimizin üzvünə turnirin xüsusi mükafatı təqdim edilib.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib
0
0