Firdovsi Umudov İWF-in rəhbər strukturunda bu şəxslərlə çalışacaq
10.07.2025 - 20:54
Firdovsi Umudov İWF-in rəhbər strukturunda bu şəxslərlə çalışacaq

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası “Məsləhət Qrupu”nun üzvlərinin adlarını açıqlayıb.

Apasport.az xəbər verir ki, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudovdan başqa qrupda cəmi 3 üzv yer alıb.

Gürcüstanlı üçqat olimpiya, üçqat dünya və dördqat Avropa çempionu Kaxi Kaxiaşvili, Sinqapur Ağırlıqqaldırma Federasiyasının prezidenti Tom Liav və Şimali Koreya Respublikasının Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Sonq Nam Yanq IWF-in “Məsləhət Qrupu”nun üzvü olaraq fəaliyyət göstərəcəklər.

Rəhbər strukturda Avropa ölkələrindən cəmi 2 təmsilçi yer alıb ki, onlardan da biri Firdovsi Umudovdur.

Xatırladaq ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasında 200-ə yaxın üzv ölkə təmsil olunur. İWf-in rəhbər heyətində əsasən aparıcı üzv ölkələrin nümayəndələri yer alıb.