Azərbaycan otüstü hokkey yığması Belarusu məğlub edib
15.04.2008 - 17:44
Bakı. Kənan Həsənov – APA-Sport. Bakı Otüstü Hokkey Kompleksində təşkil olunan qadınlar arasında Olimpiya təsnifat turnirində üçüncü turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, pakistanlı mütəxəssis Tahir Zamanın başçılıq etdiyi Azərbaycan milli komandası Belarusa 3:0 hesabı ilə qalib gəlib. Hesabat turu çərçivəsində keçirilən digər oyunlarda İspaniya Ukraynanı 3:1, Çili isə Keniyanı 5:0 hesabı ilə məğlub edib. Üç oyundan sonra Azərbaycan yığması maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. İspaniya yalnız top fərqinə görə millimizdən geri qalır. Yığmamız sabah 4-cü tur çərçivəsində məhz ispaniyalılarla qarşılaşacaq.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirdə birinci yeri tutan komanda Pekin Yay Olimpiya Oyunlarına qatılmaq imkanı verən yeganə lisenziyaya sahib çıxacaq.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirdə birinci yeri tutan komanda Pekin Yay Olimpiya Oyunlarına qatılmaq imkanı verən yeganə lisenziyaya sahib çıxacaq.
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
0
0