Azərbaycan yığması Avropa çempionatında Ermənistana iki dəfə qalib gəlib
16.07.2008 - 13:51
Bakı. Aqşin Əliyev - APA-Sport. İtaliyanın Terni şəhərində yeniyetmə və gənclər arasında stolüstü tennis üzrə keçirilən Avropa çempionatında komanda yarışlarına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, həm oğlanların, həm də qızların turnirində ümumilikdə 4 komanda ilə təmsil olunan Azərbaycan tennisçiləri uğursuzluq yaşayıblar. Qitə birinciliyində həmyerlilərimizin təsəllisi Ermənistan üzərində qazanılan qələbələr olub.
Yeniyetmə oğlanların turnirində Rüstəm Əliyev və Elçin Sevindikzadədən ibarət milli komandamız qrup mərhələsində Xorvatiya (1:3) və Hollandiyaya (0:3) məğlub olsa da, Gernsey (3:1) və Uelsə (3:2) qalib gəlib. Buna baxmayaraq, tennisçilərimiz təsnifat mərhələsini adlaya bilməyiblər. Daha sonra İsveçrə (0:3) və Latviyaya (1:3) da uduzan yığmamız son 3 görüşü qələbə ilə başa vurub. Baş məşqçi Aleksandr Zudovun yetirmələri Estoniya, Ermənistan və yenə Uelsi, müvafiq olaraq, 3:2, 3:2 və 3:0 hesabı ilə üstələyiblər. Nəticədə Azərbaycan 42 kollektiv arasında 37-ci olub.
Səbinə Əhmədova və Suğra Talıbovadan ibarət komandamız isə yeniyetmə qızların yarışında keçirdikləri 8 oyundan 6-da məğlubiyyət acısı dadıb. Sonda Kosovanı məğlub edən (3:1) yığmamız axırıncı 39-cu pillədən yaxa qurtara bilib.
Gənc oğlanların turnirində heyətində Rafael Abramov, Cəfər Cəfərzadə və Yusif Quluzadənin yer aldığı milli komandamız qrup mərhələsində həm İtaliya, həm Slovakiya, həm də Lüksemburqa 0:3 hesabı ilə uduzub. 29-43-cü yerlər uğrunda mübarizəyə qoşulan tennisçilərimiz daha 3 görüşdə məğlub olublar. Ancaq onlar ermənistanlılara qalib gələrək (3:0) uğursuzluğu qismən də olsa, unutdurmağa çalışıblar. Yekunda Azərbaycan 42 ölkə arasında 38-ci pillədə qərarlaşıb.
Fatimə Hüseynova, Gülnarə Abbasova və Turanə Hacızadənin çıxış etdiyi milli komandamız gənc qızların yarışında 38-ci sırada qalıb. Xanım idmançılarımız yeganə qələbəni kosovolular üzərində qazanıblar. Əvəzində, yığmamız Danimarka, Bolqarıstan, Lüksemburq, İsrail, Norveç, Kosovo və Finlandiya ilə bacarmayıb.

- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0