Azərbaycan şahmatçısı Vüqar Həşimov Rusiyada keçirilən beynəlxalq turnirin qalibi olub
17.07.2008 - 16:00
Bakı. Aqşin Əliyev - APA-Sport. Rusiyanın Poykovski şəhərində XII dünya çempionu Anatoli Karpovun şərəfinə həsr olunan beynəlxalq turnirə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, 10 idmançının qatıldığı yarışda Azərbaycanı Vüqar Həşimov təmsil edib. 22 yaşlı beynəlxalq qrossmeysterimiz keçirdiyi 9 oyundan yalnız 1-də məğlubiyyətlə üzləşib, 3 qələbə və 5 heç-heçəyə nail olub. Son turda qara fiqurlarla çinli Van Xaoya qarşı mübarizə aparan V.Həşimov hesabına daha yarım xal yazdırıb. Tərəflər 14-cü gedişdə heç-heçəyə razılaşıblar. Ümumiyyətlə, doqquzuncu turun bütün görüşləri bərabərliklə nəticələnib. Belə ki, Aleksey Şirov (İspaniya) - Sergey Rublyovski (Rusiya), Aleksandr Onişuk (ABŞ) - Dmitri Yakovenko (Rusiya), Ernesto İnarkiyev (Rusiya) - Viorel Baloqan (Moldova) və Andrey Volokitin (Ukrayna) - Emil Sutovski (İsrail) oyunlarında şahmatçılar xalları bölüblər. Yekun turnir cədvəlində V.Həşimov 5,5 xalla liderlər qrupunda qərarlaşıb. O, A.Şirov, S.Rublyovski və D.Yakovenko ilə birgə 1-4-cü yerləri bölüşdürüb. Sonrakı pillələrə ardıcıllıqla V.Xao (5 xal) və V.Baloqan (4) sahib çıxıb. 7-10-cu yerləri 3,5 xala malik E.Sutovski, A.Volokitin, A.Onişuk və E.İnarkiyev tutublar.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0