Azərbaycan otüstü hokkey yığması olimpiadaya yollanmaq üçün son şansını itirib
18.07.2008 - 15:23
Bakı. Aqşin Əliyev - APA-Sport. Beynəlxalq Hokkey Federasiyasının (FİH) Hüquq Komissiyası Bakıda qadın otüstü hokkeyçilərdən ibarət milli komandalar arasında keçirilmiş lisenziya xarakterli turnirdə baş verən dopinq qalmaqalı ilə bağlı araşdırmalara yekun vurub. “APA-Sport” agentliyinin məlumatına görə, istifadəsi qadağan olunmuş dərman preparatı qəbul edən İspaniya yığmasının üzvü Qloriya Komerma cəzasız qalıb. FİH-in rəsmi İnternet saytında yerləşdirilən bəyanatda bildirilir ki, Q.Komermadan yarışın gedişində, aprelin 18-də götürülən anti-dopinq testi müsbət nəticələnib: “Lakin qayda pozuntusu və etinasızlıq etmədiyindən onun cəzalandırılmasına ehtiyac yoxdur. Aprelin 20-də, final matçından sonra dopinq-testə cəlb olunan ikinci ispaniyalı hokkeyçinin orqanizmində isə heç nə aşkarlanmayıb. Bununla da, FİH araşdırmaları başa çatdırır və bu məsələ ilə əlaqədar bir daha bəyanat yaymayacaq”. Bu bəyanatdan sonra Azərbaycanın otüstü hokkey üzrə milli komandası Pekin Olimpiadasına lisenziya qazanmaq üçün son şansını itirib.
Qeyd edək ki, İspaniya yığması Bakıdakı turnirinin finalında otüstü hokkeyçilərimizə 3:2 hesabı ilə qalib gələrək, lisenziyaya sahib çıxıb. FİH ispaniyalıları cəzalandıracağı təqdirdə, milli komandamız Pekinə yollanmaq hüququna yiyələnəcəkdi.
Qeyd edək ki, İspaniya yığması Bakıdakı turnirinin finalında otüstü hokkeyçilərimizə 3:2 hesabı ilə qalib gələrək, lisenziyaya sahib çıxıb. FİH ispaniyalıları cəzalandıracağı təqdirdə, milli komandamız Pekinə yollanmaq hüququna yiyələnəcəkdi.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0