Azərbaycan güləşçiləri Avropa çempionatından 11 medalla qayıdırlar
21.07.2008 - 10:31
Bakı. Aqşin Əliyev - APA-Sport. Slovakiyanın Koşitse şəhərində gənclər arasında keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışa 17 pəhləvanla qatılan Azərbaycan yığması yekunda 11 medal - 3 qızıl, 2 gümüş, 6 bürüncə sahib çıxıb. Çempionatın son iki günündə mübarizə aparan sərbəst güləşçilərimiz 5 medal qazanıblar. Belə ki, baş məşqçi Arif Abdullayevin yetirmələrindən Xanlar Şirəliyev (50 kq), Yaşar Əliyev (55 kq), Ağəli Ramazanov (60 kq), Cəbrayıl Həsənov (66 kq) və Roman Bəkirov (84 kq) öz çəkilərində 3-cü yeri tutublar. Öncə yunan-Roma güləşçilərimizdən Həsən Əliyev (55 kq), Rafiq Hüseynov (74 kq) qızıl, Kamran Məmmədov (60 kq) gümüş, Xurşud Babaşov (50 kq) isə bürünc medala layiq görülmüşdü. Xanım idmançılarımız da Vətənə mükafatlarla dönürlər. Pekin Olimpiadasında da qüvvəsini sınayacaq Mariya Stadnik (48 kq) Avropa çempionu tituluna, Sona Əhmədli (59 kq) isə gümüş medala yiyələnib.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0