Boban Babunski: “Bakıda keçirdiyimiz ilk oyunla müqayisədə indi daha yaxşı vəziyyətdəyik”
22.07.2008 - 11:24
Çempionlar Liqasının birinci təsnifat mərhələsində Azərbaycan çempionu “İnter” klubunun rəqibi olan skopyelilərin 40 yaşlı çalışdırıcısı komandasının uğuruna inanır: “Bir həftə əvvəlki qarşılaşmada meydana buraxacağım oyunçuları müəyyənləşdirməyə də çətinlik çəkirdim. İndi isə formalaşmaqda olan heyət hazırlığın növbəti mərhələsindədir. Azarkeşlərimizin gözü qarşısında oynamağımız da bizə əlavə güc verir. Elə buna görə də stadiona girişi pulsuz etmişik ki, daha böyük dəstəyimiz olsun. Onların gözü önündə daha cəsarətli olub azarkeşlərimizi sevindirəcək nəticəni qazanmalıyıq. Ən əsası isə müdafiədə çox ehtiyatlı davranmalı, başımızı itirib hücuma aludə olmamalıyıq ki, rəqib təhlükə yaratmasın. Bizə lazım olan nəticəni qazana bilməyəcəyimiz haqda heç düşünmürəm”.
Qeyd edək ki, “İnter”lə “Rabotniçki” arasında iyulun 15-də keçirilən ilk oyun 0:0 hesabı ilə nəticələnmişdi.
Qeyd edək ki, “İnter”lə “Rabotniçki” arasında iyulun 15-də keçirilən ilk oyun 0:0 hesabı ilə nəticələnmişdi.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0