Bakıya 44 yunanıstanlı velosipedçi gəlib
22.07.2008 - 14:34
Bakı. Aqşin Əliyev - APA-Sport. Yunanıstandan Bakıya 44 velosipedçi təşrif buyurub. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Paytaxtımıza gələn 82 nəfərlik nümayəndə heyətinin tərkibində tarixçilər və arxeoloqlar da var. Onların əsas məqsədi sülh və əmin-amanlıq rəmzi sayılan zeytun ağacını təbliğ etməkdir. Yunanıstanlılar bu gün Milli Olimpiya Komitəsində görüş keçiriblər. Daha sonra gənclər və idman naziri Azad Rəhimovla birgə Milli Olimpiya Komitəsinin qarşısında, AGİN-in həyətində iki zeytun ağacı əkiblər. S.Məmmədova bildirib ki, Yunanıstandan səfərə 45 velosipedçi çıxsa da, onlardan biri Azərbaycandan öncə baş çəkdikləri Gürcüstanda avtoqəzaya düşərək vəfat edib. Artıq Bakını tərk edən qonaqlar Türkmənistana yollanıblar. Yunanıstanlılar daha bir neçə ölkəni keçərək, avqustun 8-də, XXIX Pekin Yay Olimpiya Oyunlarının açılış günündə Çin paytaxtına yetişəcəklər.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0