ABU Kuboklar Kubokunda Kipr klubu ilə qarşılaşacaq
23.07.2008 - 12:10
Bakı. Aqşin Əliyev - APA-Sport. Avropa Həndbol Federasiyasının (EHF) Avstriyanın paytaxtı Vyanada yerləşən mənzil-qərargahında qadınlardan ibarət klublar arasında Kuboklar Kuboku və EHF Kuboku uğrunda yarışların püşkatma mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Kuboklar Kubokunda mübarizə aparacaq Azərbaycan çempionu ABU Kiprin “Panellinios” klubu ilə qarşılaşacaq. İlk oyun oktyabrın 4-də və ya 5-də Lefkoşada, cavab matçı isə bundan bir həftə sonra Bakıda baş tutacaq. Komandamız növbəti mərhələyə yüksələcəyi təqdirdə, “Qyerpen”lə (Norveç) qüvvəsini sınayacaq. Ölkə çempionatının gümüş mükafatçı “Qaradağ” klubu isə EHF Kubokunda yarışacaq. Həndbolçularımıza Bosniya və Herseqovina təmsilçisi “Borak” rəqib olub. “Qaradağ” birinci matçı sentyabrın 6-da, yaxud 7-də səfərdə keçirəcək. Cavab qarşılaşması bir həftə sonra paytaxtımızda oynanılacaq. İki görüşün ümumi nəticəsinə görə üstün olan tərəf ikinci mərhələdə Danimarkanın “Randers” klubu ilə üz-üzə gələcək.
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
0
0