“Partizan” klubunun baş məşqçisi: “Azərbaycan çempionunu əziyyət çəkmədən keçəcəyik”
23.07.2008 - 17:46
Makedoniyanın paytaxtı Skopyedə yerli “Rabotniçki” ilə təmsilçimiz arasında keçirilən görüşü tribunadan izləyən 40 yaşlı mütəxəssis bakılıların mərhələ adlamasını ədalətli sayır: “Həm yaxın olduğundan uzun məsafə qət etməyəcəkdik, həm də skopyelilər heç də ən yaxşı dövrünü yaşamır. Makedoniyalıların qələbəsini arzuladığımız vaxt “İnter”lə qarşılaşmalarımızın planını cızırdıq. Çünki onların ikinci mərhələyə daha çox layiq olduğunu yaxşı bilirdik. Həm də məsələyə peşəkarcasına yanaşsaq, nisbətən güclü rəqiblə görüşmək bizim üçün də yaxşı olardı. “Rabotniçki”yə isə bir az konsentrasiya kifayət etmədi ki, azərbaycanlıları mübarizədən kənarlaşdırsın. Nə qədər arxayınçılıqla səslənsə də düzünü deməliyəm ki, Azərbaycan çempionunu özümüzə əziyyət vermədən mübarizədən kənarlaşdıracağıq”.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0