Gənclər və İdman Nazirliyinin rəsmiləri sabah Pekinə yollanacaqlar
24.07.2008 - 11:37
Bakı. Elşən Məmmədov - APA-Sport. Gənclər və İdman Nazirliyinin (GİN) beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu İlham Mədətovla idman şöbəsinin müdiri Mirkamil Rəhimov sabah Çinə yollanacaqlar. Bu haqda “APA-Sport” agentliyinə GİN-in mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, səfərdə məqsəd avqustun 8-də start götürəcək Pekin Olimpiadasına qatılacaq Azərbaycan nümayəndə heyəti ilə əlaqədar təşkilati məsələləri həll etməkdən ibarətdir. İ.Mədətovla M.Rəhimov Olimpiya yığmamızın qalacağı şəhərcikdə komandamıza yaradılacaq nəqliyyat, yemək və digər şəraiti, yarışların keçiriləcəyi idman qurğuları, məşq imkanları ilə tanış olacaqlar. Nazirlik rəsmiləri avqustun 24-də Olimpiada başa çatdıqdan sonra vətənə dönəcəklər.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0