Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında 12-ci yerlə kifayətlənib
24.07.2008 - 15:39
Bakı. Kənan Həsənov - APA-Sport. Fransanın Amyen şəhərində təşkil olunan yeniyetmələr arasında ağır atletika üzrə VI Avropa çempionatı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, növbəti yarış günü də Azərbaycan idmançısı üçün uğursuz başa çatıb. 62 kq çəki dərəcəsində mübarizə aparan Nicat Rəhimov yalnız ispaniyalı və fransalı rəqiblərini qabaqlayaraq 12-ci olub. Atletimiz birdən qaldırmada 98, təkanla 115 kq çəkinin öhdəsindən gəlib. Bundan öncə isə Zülfüqar Seyidov (50 kq) medalsız qalıb. Həmyerlimiz 163 kq göstərici ilə 8 nəfər arasında 6-cı yerlə kifayətlənib. Milli komandamızın son üzvü Nail Nəbiyev (69 kq) bu gün səhnəyə çıxacaq.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0