Azərbaycan avarçəkənləri dünya çempionatında uğursuzluğa düçar olublar
24.07.2008 - 15:40
Lints. Elşən Məmmədov – APA-Sport. Azərbaycanın yeniyetmə akademik avarçəkənləri Avstriyanın Lints şəhərində davam edən dünya çempionatında bu gün 1/4 final mərhələsinə qatılıblar. «APA-Sport» agentliyinin məlumatına görə, idmançılarımızdan 1 nəfərlik qayıqda çıxış edən Cavid Əfəndiyev Avstraliya, Serbiya, Avstriya, Xorvatiya və Braziliya təmsilçiləri ilə mübarizədə sonuncu yeri tutub. O, 2000 metrlik məsafəni 7:28.99 dəqiqəyə qət edib. Bu nəticə ilə həmyerlimiz yüksək yerlər uğrunda mübarizə şanslarını itirib. 2 nəfərlik sükansız qayıqda yer alan Timur Kutseba - Aleksandr Qlotov cütü də zəif nəticə göstərib. Eyni məsafəni 7:29.26 dəqiqəyə qət edən avarçəkənlərimiz Avstraliya, Danimarka, Fransa, Serbiya və Avstriya idmançılarına uduzublar. Həm C.Əfəndiyev, həm də T.Kutseba - A.Qlotov dueti çıxışlarını C və ya D yarımfinalında davam etdirəcəklər. 2 nəfərlik qoşa avarlı qayıqlarda mübarizə aparan Aleksandr Jdanov - Əbdürəşid Mustafin cütü isə sabah E və ya F yarımfinalına çıxacaq.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0