Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını medalsız başa vurublar
25.07.2008 - 09:40
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan ağır atletləri Fransanın Amyen şəhərində davam edən yeniyetmələr arasında VI Avropa çempionatında mübarizəni dayandırıblar. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın sonuncu üzvü də uğursuz çıxış edərək fəxri kürsüyə yüksələ bilməyib. 69 kq çəki dərəcəsində mübarizə aparan Nail Nəbiyev həm birdən qaldırma, həm də təkanla yanaşmanı boşa verərək sonuncu, 17-ci yeri tutub. Bundan öncə Nicat Rəhimov (62 kq) 12-ci, Zülfüqar Seyidov (50 kq) isə 6-cı olub.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0