İraq idmançılarının Pekin olimpiadasında iştirakına qadağa qoyulub
25.07.2008 - 09:57
Bakı. Kənan Həsənov - APA-Sport. İraq idmançıları Pekin Yay Olimpiya Oyunlarında iştirak edə bilməyəcəklər. “APA-Sport” agentliyinin məlumatına görə, buna Beynəlxalq Olimpiya Komitəsinin (BOK) çıxardığı qərar səbəb olub. Bu səbəbdən İraq olimpiya yığmasının üzvü olan 7 idmançı - iki avarçəkən, iki atlet, oxatan, ağırlıq qaldıran və cüdoçu Pekində mübarizə apara bilməyəcək.
Qeyd edək ki, BOK bir müddət əvvəl İraq hökumətinin yerli Milli Olimpiya Komitəsinin işinə müdaxilə etdiyindən bu qurumun fəaliyyətini dayandırmışdı.
Qeyd edək ki, BOK bir müddət əvvəl İraq hökumətinin yerli Milli Olimpiya Komitəsinin işinə müdaxilə etdiyindən bu qurumun fəaliyyətini dayandırmışdı.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0