ABU həndbol klubunu olimpiya çempionu Rəfiqə Şabanova çalışdıracaq
25.07.2008 - 15:26
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın qadınlardan ibarət həndbol üzrə milli komandasının baş məşqçisi postunda dəyişiklik edilməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, yığma vacib turnirlərə yenə Georgi Voronovun rəhbərliyi altında hazırlaşacaq. Tələbələrin İtaliyada keçirilən dünya çempionatından sonra komandadan ayrılan G.Voronov vətəni Ukraynanın “Qaliçanka” klubu ilə müqavilə bağlayıb. Ukraynalı çalışdırıcı bu səbəbdən milli komandanın baza klubu olan ABU-nun baş məşqçisi postundan da ayrılıb. Onu bu vəzifədə bir neçə dəfə komandanı çalışdıran olimpiya çempionu Rəfiqə Şabanova əvəzləyəcək. R.Şabanovanın köməkçisi isə Konstantin Ruvinski olacaq. ABU yeni məşqçilər heyətinin rəhbərliyi altında avqustun 15-dən hazırlığa başlayacaq.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0