Azərbaycan gimnastları yeddiqat dünya çempionunun xatirə turnirində medal qazana bilməyiblər
25.07.2008 - 18:21
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın İrkutsk şəhərində yeddiqat dünya çempionu Oksana Kostinanın xatirəsinə həsr olunan bədii gimnastika üzrə beynəlxalq turnirə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, 13-cü dəfə keçirilən yarışda Azərbaycan milli komandasının üzvləri, Aliyə Qarayeva ilə Dinarə Gimatova da mübarizə aparıblar. Pekin Yay Olimpiya Oyunlarına qatılacaq təmsilçilərimiz uğursuz çıxış edərək fəxri kürsüyə yüksələ bilməyiblər. Turnirin mükafatlarını müvafiq olaraq Yevgeniya Kanayeva, Olqa Kapranova və Vera Sesina (hamısı Rusiya) qazanıb. Bədii gimnastlar sabah ayrı-ayrı növlər üzrə dünya kubokunun mükafatları uğrunda mübarizə aparacaqlar.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0