Azərbaycan milli komandası sabah Rumıniyaya yollanacaq
29.07.2008 - 15:19
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət milli komandası sabah Rumıniyaya yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Oqtay Ağayevin rəhbərlik etdiyi yığmamız avqustun 1-də Tarqu Mures şəhərində təşkil olunacaq Avropa çempionatının B divizionunda ilk oyununu keçirəcək. B qrupunda yer alan komandamız debüt matçında Almaniya ilə qarşılaşacaq. Millimiz, həmçinin avqustun 3-də İsveç, 4-də İrlandiya, 5-də Çexiya ilə oynayacaq.
Qeyd edək ki, B divizionunda 4 qrupa səpələnməklə 19 komanda mübarizə aparacaq. Reqlamentə əsasən, yarışı ilk iki pillədə başa vuran yığmalar Avropa çempionatının nüfuzlu A divizionunda oynamaq hüququ qazanacaq.

- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0