Azərbaycan güləşçisi Nadya Qradyuk dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
31.07.2008 - 13:14
İstanbul. Elşən Məmmədov - APA-Sport. Türkiyənin İstanbul şəhərində davam edən dünya çempionatında bu gün qadın güləşçilər mübarizəyə qoşulublar. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan pəhləvanlarından ilk olaraq, döşək üzərinə Nadya Qradyuk (51 kq) və Sona Əhmədli (59 kq) çıxıblar. N.Qradyuk bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansı qazanıb. Yığmamızın belaruslu legioneri ardıcıl olaraq, Aliyum Abdildina (Qazaxıstan) və Dilək Atakolu (Türkiyə) yendikdən sonra yarımfinala vəsiqə qazanıb. Lakin finala gedən yolda Yekaterina Krasnova (Rusiya) onun qarşısını kəsib. Bu səbəbdən, N.Qradyuk qızıl medal şanslarını itirib. Güləşçimiz Sabina Maqnusson (İsveç) – Mariya Prevolaraki (Yunanıstan) cütünün qalibi ilə keçirəcəyi təsəlliverici görüşdə qələbə qazansa, bürünc medala sahib çıxacaq.
S.Əhmədli isə 1/16 finalda Andrea Simonu (Rumıniya) məğlub etməyi bacarsa da, növbəti qarşılaşmasında Alla Çerkasovaya (Ukrayna) uduzub. A.Çerkasova finala çıxa bilmədiyindən, pəhləvanımız bürünc medal şanslarını da itirib.
Sabah daha bir qadın güləşçimiz Əminə Abbasova (48 kq) qüvvəsini sınayacaq.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0