İspaniyanın məşhur “Barselona” klubu Bakıya gələ bilər
31.07.2008 - 13:54
Flaqman Rumıniyanın “Vaslui” klubuna uduzmaqla, sonuncu dəfə keçirilən İntertoto kubokunun 11 qalibindən biri kimi UEFA kubokuna yüksələ bilməyib. Bu turnirdə ölkəmizi təmsil edən “Olimpik” və “Xəzər-Lənkəran”ın talelərinə bu gün keçiriləcək cavab görüşlərində aydınlıq gələcək. Ancaq bu komandalarımızdan fərqli, ölkə çempionu Bakının “İnter” klubunun sabah püşkatmada iştirak edəcəyi indidən bəllidir. “İnter” ÇL-nin ikinci təsnifat mərhələsində Serbiyanın “Partizan” klubu ilə Belqradda cavab görüşünü avqustun 6-da keçirəcəyinə baxmayaraq, rəqibi ilə birgə adı səbətdən çıxarılacaq. Məsələ ondadır ki, bu iki turnirin püşkü adətən bir gündə keçirilir və UEFA kubokundan fərqli, ÇL-də qaliblər müəyyənləşmədiyindən, cütlər iştirak etməli olur. Nüfuzlu turnirin üçüncü təsnifat mərhələsinə yüksəlmək şansını saxlayan “İnter”in potensial rəqiblərinin böyük əksəriyyəti Avropanın nəhəng klublardır. Bunlar İngiltərədən “Liverpul”la “Arsenal”, İtaliyadan “Yuventus” və “Fiorentina”, İspaniyadan “Barselona”, Almaniyadan “Şalke-04”, Fransadan “Olimpik”lə (Marsel) yanaşı, “Spartak” (Rusiya), “Şaxtyor” (Ukrayna), “Olimpiakos” (Yunanıstan) və “Styaua”dır (Rumıniya). MTK (Macarıstan) – “Fənərbaxça” (Türkiyə), “Kaunas” (Litva) – “Reyncers” (Şotlandiya), “Dinamo” (Gürcüstan) – “Panatinaikos” (Yunanıstan), “Bazel” (İsveçrə) – “Höteborq” (İsveç) və BATE (Belarus) – “Anderlext” (Belçika) cütünün qalibləri də “İnter”in potensial rəqibləri sırasındadır. Turnirə üçüncü təsnifat mərhələsindən qoşulacaq Türkiyənin son çempionu “Qalatasaray” “İnter”lə eyni səbətdə, yəni səpələnməmişlər arasında yer aldığından, onun da potensial rəqibləri adıçəkilən komandalardır. İspaniyanın “Atletiko” klubunun reytinqi aşağı olduğundan, Madrid təmsilçisi da bu səbətdə yer alıb. Səpələnməmişlər arasında “Vitoriya” (Portuqaliya), “Standard” (Belçika), “Tvente” (Holandiya), “Slaviya” (Çexiya), “Levski” (Bolqarıstan) ilə yanaşı, “Artmediya” (Slovakiya) – “Tampere Yunayted” (Finlandiya), “Sparta” (Çexiya) – “Şerif” (Moldova), “Dinamo” (Ukrayna) – “Droqheda” (İrlandiya), “Dinamo” (Xorvatiya) – “Domjale” (Sloveniya), “Visla” (Polşa) – “Beytar” (İsrail), “Modriça” (Bosniya və Herseqovina) – “Olborq” (Danimarka), “Ventspils” (Latviya) – “Brann” (Norveç) və “Rapid” (Avstriya) – “Anortosis” (Kipr) cütləri yer alıb.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0