Azərbaycanın daha bir taekvondoçusu Pekin Olimpiadasında iştirak etmək şansı qazanıb
31.07.2008 - 18:01
Bakı. Elşən Məmmədov - APA-Sport. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına Azərbaycanın iki taekvondoçusu yollanacaq. Bu haqda “APA-Sport” agentliyinə millimizin baş məşqçisi Ələkbər İmaməliyev məlumat verib. Onun sözlərinə görə, Pekin Olimpiadasına lisenziya qazanmış yeganə taekvondoçumuz Rəşad Əhmədovla (80 kq) yanaşı, 2007-ci il dünya çempionatının gümüş mükafatçısı Təvəkkül Bayramov da Çinə aparılacaq. Ə.İmaməliyev T.Bayramovun da nümayəndə heyətində yer almasını belə izah edib: “Təvəkkül hazırda Olimpiadaya hazırlıq prosesində Rəşada sınaqçı-rəqib kimi yaxından kömək edir. Pekinə avqustun 16-da yollanacağıq. Bundan 6 gün sonra Əhmədov tatami üzərinə çıxacaq. Bayramov Çində də Rəşada kömək edəcək. Həm də hər hansı problem yaranarsa, o, Əhmədovu əvəzləyə bilər”. Baş məşqçi, həmçinin taekvondoçumuzla eyni çəkidə çıxış edəcək 15 rəqibinin hamısı haqda internet vasitəsilə məlumat topladıqlarını bildirib. R.Əhmədovun dördilliyin ən mötəbər idman yarışına tam hazır olduğunu deyən Ə.İmaməliyev ölkəmizə taekvondodan ilk Olimpiya medalı gətirməyə çalışacaqlarını vurğulayıb.
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
0
0