Klaudiano Alves dos Santos: “Əlavə vaxt olsaydı, bəlkə də rəqibi Serbiyaya başıaşağı göndərə bilərdik”
01.08.2008 - 11:12
Bakı. Kənan Həsənov - APA-Sport. UEFA kubokunun təsnifat mərhələsində mübarizəni dayandıran “Olimpik” klubunun futbolçusu Klaudiano Alves dos Santos bəxtsizlikdən gileylənib. “APA-Sport” agentliyinin məlumatına görə, braziliyalı yarımmüdafiəçi Serbiyanın “Voyvodina” klubunu əlavə vaxtda məğlub etmək gücündə olduqlarını bildirib: “Biz qələbə qazanmaq üçün sonadək mübarizə apardıq. Bəxtimiz gətirmədi və rəqib oyunun sonlarında üstünlüyü ələ keçirdi. Bu səbəbdən heç-heçə ilə kifayətlənməli olduq. Əlavə vaxt olsaydı, bəlkə də rəqibi Serbiyaya başıaşağı göndərə bilərdik”.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0