Azərbaycan güləşçisi Əminə Abbasova dünya çempionatında uğursuzluğa düçar olub
01.08.2008 - 13:24
İstanbul. Elşən Məmmədov - APA-Sport. Azərbaycanın qadın güləşi üzrə gənclərdən ibarət yığma komandası Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında çıxışını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün mübarizəyə qoşulan sonuncu pəhləvanımız Əminə Abbasova (48 kq) uğursuzluğa düçar olub. Ə.Abbasova 1/16 final mərhələsində keçirdiyi ilk görüşündəcə Vetzabet Anjelika Arquello Villeqasa (Venesuela) uduzub. Rəqibi finaladək irəliləyə bilmədiyindən, həmyerlimiz təsəlliverici görüşlərə qatıla bilməyib. Nəticədə dünya çempionatında qüvvəsini sınayan 3 qadın güləşçimizdən yalnız biri – Nadya Qradyuk (51 kq) bürünc medala kifayətlənib. Digər pəhləvanımız Sona Əhmədli (59 kq) isə 18 idmançı arasında 8-ci yeri tutub.
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
0
0